“Neftçi” “Keşlə” ilə oyunun hazırlığını başa vurdu
08.11.2019 , 18:24

“Neftçi” Azərbaycan Premyer Liqasının XI turunda qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, komanda bu gün öz bazasında oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Noyabrın 9-u “ASCO Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.
