Ölkə futbolu

“Neftçi” “Keşlə” ilə oyuna hazırlaşır

17.09.2019 , 22:09

“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığına başlayıb.

Korner.az xəbər verir ki, “Qarabağ”la görüşdən sonra birgünlük fasiləyə buraxılmış komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, sentyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” oyunu saat 18:30-da start götürəcək.

Son yazılar

Yuxarı