big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Neftçi” Kazandan məğlub dönür – YENİLƏNİB + FOTOLAR

25.10.2012 , 17:57

Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunlarına start veriləcək. Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən Bakının "Neftçi" klubu bu gün üçüncü matçına çıxacaq.

"Ağ-qaralar" bu dəfə Rusiyada çətin sınaq qarşısında olacaq. Rəqib Kazanın "Rubin" klubudu. Keçirdiyi iki oyundan 1 xal toplayan Böyükağa Hacıyevin komandası Kazandan xalla qayıtmaq istəyir. 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 8-də, Bakıda keçiriləcək.

25 oktyabr

H qrupu

21:00. "Rubin" (Kazan, Rusiya) – "Neftçi" (AZƏRBAYCAN)  1:0

Qol: Kasayev, 16

22:00. "İnter" (İtaliya) – "Partizan" (Serbiya)

"RUBİN": 1. Sergey Rıjikov, 2. Oleq Kuzmin, 3. Kristina Ansaldi, 4. Sesar Navas (k), 19. Vitali Kaleşin, 25. İvan Markano, 6. Pablo Orbais, 10. Alan Kasayev, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo, 99. Xose Rondon.
Ehtiyat oyunçular: 24. Qedrius Arlauski, 27. Salvatore Bokketti, 76. Roman Şaronov, 20. Aleksey Yeryomenko, 55. Gökhan Töre, 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun.

"NEFTÇİ": 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 11. Nikolas Kanales.
Ehtiyat oyunçular: 12. Emin Balayev, 3. Saşa Yunisoğlu, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə, 17. Araz Abdullayev, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev.

*** 

Komandalar isinmə hərəkətləri üçün meydana çıxıblar.

Oyunun başlanmasına 20 dəqiqə qalsa da, tribunalar, demək olar ki, boşdu. "Neftçi"ni dəstəkləmək üçün arenaya gələn azarkeşlərimiz rus fanatlardan daha çoxdu, bəlkə də…

Hörmətli oxucular, stadionun mətbuat tribunasında internetə çıxış olmadığı üçün oyunda baş verəcək hadisələri dəqiqəbədəqiqə diqqətinizə çatdıra bilməyəcəyik. 

Fasilədə görüşənədək…

*****
Oyun başladı

*****

Təəssüf, ilk hissədən sonra məğlubuq. Bu, həm də məntiqi nəticədi. Müdafiədə buraxılan kobud səhvi belə komandalar bağışlamırlar. “Neftçi” ilk dəqiqələrin həyəcanını boğmağa çalışdığı anda buraxdığı qolla onsuz da alınmayan oyununu daha da ağırlaşdırdı.
Bu “Neftçi” nə Kiprdəki, nə də Serbiyadakı “Neftçi”di. Çoxsaylı ötürmə səhvləri, əks-hücumlara çıxarkən lənglik… Hanı “Neftçi”nin bıçaq kimi kəsən əks-hücumları..? Birmənalı şəkildə demək olar: “Neftçi” “Rubin”ə ilk 45 dəqiqədə bütün parametrlərdə uduzdu. 45 dəqiqə ərzində rəqib qapısına 2-3 dəfə yaxınlaşırıqsa və heç bunlardan da doğru-düzgün istifadə edə bilmiriksə… Fasilədə komandanı oyatmaq lazımdı…

*****

İkinci hissə başladı.

*****

Fasiləyə qədər səhvlərdən başqa heç nəylə yadda qalmayan ”Neftçi” ikinci yarıda oyandı. Amma bu oyanış nisbiydi və olan artıq olmuşdu. Bir-iki təhlükəli epizod yaratsa da, komandamız son nöqtəni qoymaqda aciz qaldı. Əvəzində, “ağ-qaralar”ın müdafiədə buraxdığı boşluqlardan qaynaqlanan rəqib hücumları daha kəsərli alındı.  Nəticənin minimal olmasını isə əvvəlcə Mitreskiyə, sonra bəxtə minnətdar olmalıyıq. İqor dəfələrlə “Rubin”in yüzfaizlik qol şanslarının qarşısını almaqla komandamızın heyətində ən yaxşı oyunçu oldu desək, yanılmarıq.

Beləliklə, Avropa Liqasında üçüncü oyununa çıxan “Neftçi” ikinci məğlubiyyətini almaqla qrupdan çıxmaq şansını minimuma endirdi…

Son yazılar

To Top