"Neftçi" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Rubin"lə qarşılaşacağı Kazan şəhərinə çatıb.
Korner.az-ın Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, komanda üzvləri və jurnalistlər, əvvəlcədən nəzərdə tutulduğu kimi, "beşulduzlu" "Miraj" otelində məskunlaşıblar.
"Ağ-qaralar" günü istirahətlə keçirib, sabah axşam saatlarında oyunöncəsi son məşqini keçirəcəklər.
