Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" sabah qrup mərhələsi çərçivəsində üçüncü oyununa Rusiyada çıxacaq. Korner.az-ın məlumatına "Rub"inlə qarşılaşacaq "Neftçi"ni bu oyunda azərbaycanlı azarkeşlər tək qoymayacaq. "Ağ-qaralar"ı çətin səfərdə 1000-ə yaxın azarkeşin dəstəkləyəcəyi bildirilir. Bunların 300-ü Rusiyada yaşayan həmyerlilərimiz olacaq.
Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı Kazanda keçiriləcək və saat 21:00-da başlayacaq.
