“Neftçi” kapitanı Rəşad Sadiqovla müqavilənin müddətini 2 illiyə artırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kapitan müqavilə imzaladıqdan sonra bununla bağlı fikirlərini bldirib:
“Premyer Liqada diqqətimizi yalnız çempionluğa yönəltmişdik və nəticədə bunu bacardıq. İnanıram ki, ölkə kubokunu da qazanacağıq. “Neftçi” ilə yeni müqavilə bağlamağım mənə əlavə stimul verir. Məni heyətində ölkənin digər aparıcı klubları israrla görmək istəyirdi. Bir futbolçu kimi mənim üçün maddi məsələlərdən daha önəmli məqamlar var. “Neftçi”dəki ab-hava, bizə göstərilən qayğı və burada qazandığım uğurlar fikrimcə, daha vacibdir. Azərbaycanın ən köklü və titullu klubunda çıxış etmək qürurvericidir. Klub rəhbərliyinin göstərdiyi etimadın müqabilində əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərimizin də dəstəyi ilə avrokuboklardakı uğurumuzun davamını gətirəcəyimizə ümid edirəm”.