Yeni mövsümə hazırlıqların ilk hissəsini Bakıda keçirəcək “Neftçi”nin yoxlama oyunlarındakı rəqiblərindən birinin adına aydınlıq gəlib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar” iyulun 12-də “Kəpəz”lə qarşılaşacaq.
Qeyd edək ki, iyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək “Neftçi” ayın 26-da Almaniyanın “Şalke” klubu ilə yoxlama oyunu keçirəcək.
