“Neftçi” “Kəpəz” üçün hazırlaşır
13.10.2022 , 13:10
“Neftçi” Premyer Liqanın X turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Turan Tovuz”la oyunun ertəsi günü bərpa məşqi edən “ağ-qaralar” bir günlük istirahətdən sonra – oktyabrın 11-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə zədəlilər – Sezar Meza Kolli və Eddi İsrafilov iştirak etməyiblər.
“Kəpəz” – “Neftçi” oyunu oktyabrın 16-sı saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək.
