“Neftçi” “Kəpəz” üçün hazırlaşır
19.05.2023 , 16:01
“Neftçi” Premyer Liqanın 35-ci turu çərçivəsində qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Sabah Qəbələyə yola düşəcək komanda oyunöncəsi son hazırlıq prosesini Qəbələ şəhər stadionunda keçəcək.
Mayın 21-i saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Neftçi” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.