“Sabah”dan darmadağın, “Neftçi” məğlub oldu
06.08.2023 , 21:49

Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edib. Qonaqlar bu görüşdə 0:1 hesabı ilə məğlub olaraq, xalsız qayıdıblar. “Sabah” isə azarkeşləri önündə “Qəbələ”ni sınağa çəkib və 5:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust
17:00 Kəpəz – Neftçi – 1:0
Baş hakim: Turan Qurbanov
20:00 Sabah – Qəbələ – 5:0
Baş hakim: Cavid Cəlilov
