“Neftçi” və “Qarabağ”dan qələbə
16.10.2022 , 19:30

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Korner.az xəbər verir ki, onuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Gəncədə olub. “Kəpəz” doğma meydanda “Neftçi”ni qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
Turun son matçında lider “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib və 3:1 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
X tur
16 oktyabr (bazar)
15:00. “Kəpəz” – “Neftçi” – 0:2
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.
17:30. “Qarabağ” – “Sumqayıt” – 3:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”
