"Neftçi" Peru millisinin yarımmüdafiəçisi Rinaldo Krusadonu heyətinə cəlb etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İtaliyanın tuttomercatoweb.com saytı xəbər yayıb. Bildirilib ki, futbolçuya bununla bağlı təklif irəli sürülüb və hazırda ondan cavab gözlənilir.
Apulaca dayaq yarımmüdafiəçi olan 28 yaşlı futbolçunun son iş yeri Argentinanın “Nyuells Old Boyz” klubudu.
Karyerası boyunca ölkəsinin “Alyans Lima”, “Sportinq Kristal”, Avropada isə İsveçrənin "Qrashoppers", İtaliyanın "Kyevo" klublarında çıxış edib.