Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Neftçi" klubu iştirak ərizəsini UEFA-ya göndərib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Samir Əliyev siyahıda 24 futbolçuya yer verib.
24 futbolçudan 3-ü qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü isə hücumçudur.
Qapıçılar: 1.Aqil Məmmədov, 24.Ruzi Qiyaslı, 53.Maksim Vaylo
Müdafiəçilər: 4.Rahil Məmmədov, 5.Melli, 16.Əziz Quıiyev, 26.Kamal Qurbanov, 27.Məqsəd İsayev, 33.Orxan Bəşirov, 95.Elvin Bədəlov
Yarımmüdafiəçilər: 7.Araz Abdullayev, 8.Elşən Abdullayev, 9.Flavinyo, 15.Erik Ramos, 17.Rəhman Hacıyev, 18.Kaue, 19.Fəhmin Muradbəyli, 21.Samir Məsimov, 45.Kamran Nəcəfzadə, 77.Nicat Qurbanov, 88.Orxan Qurbanlı
Hücumçular: 11.Ruslan Qurbanov, 14.Məhəmməd Qurbanov, 22.Mirabdulla Abbasov.
Qeyd edək ki, “Neftçi” iyulun 2-də Monteneqro təmsilçisi "Mladost"u Bakıda qəbul edəcək. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.
