Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Maltanın “Baltsan” klubuna qalib gələn (0-2) “Neftçi” ötən gün axşam saatlarənda vətənə qayıdıb.
Korner.az-ın məlumatına görə, “ağ qaralar” artıq cavab oyununun hazırlıqlarına başlamaq üzrədi. Belə ki, baş məşqçi Vəli Qasımov futbolçulara istirahət verməyib. Komanda bu gün təlim-məşq bazasında hazırlıqlara başlayacaq.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyul ayının 7-də “Bakcell Arena”da baş tutacaq.
