Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” uzun müddətdi heyətinə qatmağa çalışdığı Ernest Nforun transfer məsələsində son nöqtəni qoyublar.
Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Həm Belçika Futbol Federasiyasından, həm də onun son klubu “Kortriyk”dən rəsmi sənədləri alan “Neftçi” 27 yaşlı forvardla 2+1 sistemi üzrə müqavilə imzalayıb.
