"Sepahan" klubunun baş məşqçisi Zlatko Krançarın "Neftçi" ilə oyun barədə fikirləri bildirib: "Neftçi" ilə qarşılaşmanın çətin keçəcəyini bilirdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi.
Komandanız meydanın mərkəzini daha sürətlə keçirdi. Hər halda bu yoxlama oyunudur və bizim səhvlərimizi görmək imkanımız oldu. "Neftçi"nin heyətində çıxış edən gənc futbolçuları da qeyd etməliyəm. Onlar yaxşı təsir bağışladı. Çempionlar Liqası turnirində də komandanıza uğurlar arzulayıram".
