“Neftçi” İran klubu ilə görüşəcək
15.01.2019 , 16:50

“Neftçi” Antalyada daha bir yoxlama oyunu keçirəcək.
Paytaxt təmsilçisi “İstiqlal”la qarşılaşacaq. “Ağ-qaralar” sınaq matçı keçirmək üçün onlara müraciət edən İran klubuna müsbət cavab verib. Yanvarın 20-nə nəzərdə tutulan görüş Bakı vaxtı ilə saat 16:30-da oynanılacaq.
Qeyd edək ki, “Neftçi” “İstiqlal”dan başqa, Rumıniyanın “Qaz Metan” (18 yanvar), Çexiyanın “Slovan” (23 yanvar) və Bolqarıstanın “Beroe” ( 26 yanvar) klubları ilə də qarşılaşacaq.
