Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" Türkiyə hazırlığı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, ölkə çempionumuz məskunlaşdığı "Koru" otelinin meydançasında İran çempionu "Sepahan"la qarşılaşıb. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi"nin qələbə qolunu Flavinyo vurub.
