Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində sabah keçiriləcək "Neftçi" – "İnter" oyununda daha bir əlamətdar tarix qeyd ediləcək.
"Ağ-qaralar"ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin Korner.az-a verdiyi məlumata görə, flaqman sabah meydana birvaxtlar onun forması altında xarüqələr yaratmış Anatoli Banişevskinin 67-ci doğum günü ilə bağlı xüsusi plakatla çıxacaq.
Bundan başqa, "Neftçi" Banişevskinin ad günü münasibətilə xüsusi vımpellər sifariş edib. Ənənəvi vımpeldən fərqli olaraq, hazırlanan vımpelin üzərində "Tolik"in fotosu da əks olunacaq.