Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Neftçi" – "İnter" oyununun hakimləri bəlli olub.
Korner.az-ın məlumatına görə, oktyabrın 4-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Bernie Raymond "Kevin" Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.
Ona Norbertus Josephus C. Simons, Davie DFJG Goossens, B.J.A.C. və Van Dongen yardımçı olacaq.
Qapı arxasında duracaq hakimlər isə Danny Desmond Makkelie ilə Tom Van Sichemdur.
