Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabr ayının 4-də Bakıda baş tutacaq "Neftçi" – "İnter" oyununu idarə edəcək hakim Kevin Blom "neradzura" üçün düşərli hakimdir.
Korner.az-ın məlumatına görə, 2006-cı ilin avqust ayının 5-də Hollandiyada keçirilən "Amsterdam Turniri"ndə "İnter"in "Porto"nu 3:2, həmin ilin avqustun 9-da isə "Ayaks" üzərindəki 1:0 hesablı qələbəsində Kevin Blom baş hakim funksiyasını yerinə yetirmişdi.
