Çempionlar Liqasında iki oyunun nəticəsinə görə 5:2 (3:0 , 2:2) hesabı ilə "Zestafoni"yə qalib gələn "Neftçi" novbəti 3-cü mərhələdə İsrailin “Hapoel” klubu ilə qarşılaşacaq.
Korner.az– ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, ilk oyun iyul un 31-də İsrailin İroni Kiryat şəhərində baş tutacaq. Cavab qarşılaşması isə 1 həftə sonra "Dalğa Arena"da keçiriləcək.