big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Neftçi” ilk ev oyununda məğlub oldu

04.10.2012 , 17:51

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Neftçi" doğma azarkeşlər önündə İtaliyanın adlı-sanlı komandası "İnter"i sınağa çəkəcək.

Korner.az-ın məlumatına görə, "neradzurra" Bakıya heç də əsas heyətlə gəlməyib. Dieqo Milito, Uesli Sneyder, Xavier Zanetti, Antonio Kassano və Palasio kimi ulduz futbolçuları sabahkı oyunda meydanda görə bilməyəcəyik. Buna səbəb isə İtaliya A seriyasında "İnter"in həftə sonu Milan derbisinə çıxmağıdı. Məhz bu amil Böyükağa Hacıyevin rəhbərlik etdiyi komandanın xeyrinə işləyə bilər.

Qrupun ilk oyununda səfərdə Serbiyanın "Partizan" klubu ilə qolsuz bərabərlik edən "ağ-qaralar" dünya nəhənglərindən hesab edilən "İnter"i büdrətməklə aktivinə növbəti xalı və ya xalları yaza bilər. 

Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda isə ajiotaj olacağı istisna deyil. Artıq bu matça 27 min biletdən çox satılıb ki, matçın başlama saatına kimi bütün biletlərin satılacağı proqnozlaşdırılır. 
 

***

"Neftçi" – "İnter" matçının başlamasına 50 dəqiqədən az bir müddət qalsa da artıq stadion dolmağa başlayıb. Bu arada artıq "Neftçi"nin qapıçıları məşq üçün meydançaya çıxıblar.

****

Artıq komandaların meydanda hansı heyətlərlə mübarizə aparacaqları da bəllidi.

****

"İnter" də isinmə hərəkətləri üçün meydançaya çıxdı…

***

Neftçi: Saşa Stamenkoviç, Bertuççi, Mitreski, Rəşad Sadiqov, Flavinyo, Vobay, Erik Ramos, Kamil Nurəhmədov, Mahir Şükürov, Elvin Yunuszadə, Kanales

Ehtiyat oyunçular: Emil Balayev, Saşa Yunisoğlu, Tərlan Quliyev, Elşən Abdullayev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Emin Mehdiyev

İnter: Handanoviç, Silvestre, Kautinyo, Quarin, Mudinqayi, Kambiyasso, Obi, Pereyra, Juan, Conatan, Livaja

Ehtiyat oyunçular: Kastellazzi, Qarqanu, Ranoççia, Benassi, Naqatoma, Qarritano

***

"Neftçi" tam heyətlə isinmə hərəkətləri üçün meydana çıxdı.

***

"İnter" də isinmə hərəkətləri üçün meydançaya çıxdı.

***

Komandalar paltardəyişmə otağına yollandılar.

***

Komandalar meydana çıxdılar.

***

Və oyun başladı!

5. "Neftçi" ilk dəqiqələrdə həyəcanı boğmağa çalışır.

10. Kautinyo Stamenkoviçin səhvindən hesabı açdı…

19. Qoldan sonra "Neftçi" rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyət yaratsa da, hesabı bərabərləşdirmək mümkün olmadı.

23. "İnter"in futbolçusu Obi sarı vərəqə alır.

30. Müdafiədə daha bir səhv və "İnter" hesabı artırır. Obi fərqlənir.

34. Rəşad Sadiqovun zərbəsindən sonra top dirəyin yanından keçir.

42. Livaya "Neftçi"nin müdafiəçisinə dəyən topu başla qapıdan keçirir – 0:3.

Birinci hissə bitdi.

İkinci hissə başladı.

"Neftçi" ikinci hissəyə dəyişikliklə başlayır. Kamil Nurəhmədovu Mirhüseyn Seyidov əvəzləyir.

46. Bertuççinin zərbəsini Handanoviç küncə çıxarır.

50. Mahir sağ cinahda gözəl reyd edərək qapıya zərbə vurur, qapıçı topu  küncə çıxarır.

52. Vobayın sol cinahdan iti ötürməsinə özünü yetirən Kanales topu qapıdan keçirir!!!! 1:3

55. Kanales künc ötürməsindən sonra dubl etməyə yaxın idi. Ancaq zərbə zəif oldu və qapıçı topu tutmaqda çətinlik çəkmədi.

59. Stamenkoviç Livayanın təhlükəli zərbəsini küncə çıxarır.

63. Obinin əvəzinə meydana Ranoççia çıxır.

71. Ranoççia sarı vərəqəylə cəzalandırılır.

72, Kautinyonun fərdi rey edərək cərimə meydaçasına daxil olaraq zərbə vurmasına müdafiəçilərimiz imkan vermirlər.

74. Kautinyonun əvəzinə meydana Qarritano çıxır.

81. Quarinin əvəzinə Qarqano meydana daxil olur.

83. Pereyra sarı vərəqə ilə cəzalandırılır.

84. Bertuççinin qüvvətli cərimə zərbəsini Handanoviç küncə çıxarır.

88. Conatan sarı vərəqə ilə cəzalandırılır.

90. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur.

Oyun bitdi.

Avropa Liqası
Qrup mərhələsi, II tur, 4 oktyabr

21:00. “Neftçi” (Azərbaycan) – “İnter” (İtaliya) 1:3
Baş hakim: Bernie Raymond (Kevin) Blom (Hollandiya)
Bakı. T.Bəhramov adına Respublika stadionu

Son yazılar

To Top