Ölkə futbolu

“Neftçi” ilə vidalaşdı

04.07.2020 , 16:26

“Neftçi”dən ayrılan Soni Mustivar paytaxt klubu ilə vidalaşıb.

Korner.az xəbər verir ki, haitili yarımmüdafiəçi bununla bağlı instaqram hesabında paylaşım edərək, bunları yazıb:

“Tezliklə görüşənədək, “Neftçi”. Bu, yaxşı vidalaşma deyil, ancaq tezliklə görüşərik. Hər şeyə görə təşəkkür edirəm, “Neftçi”.

Mustivar 2018-ci ildən “Neftçi”də çıxış edirdi. O, üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Son yazılar

Yuxarı