İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya "Neftçi" ilə oyunda qazanılan 1 xalı şərh edib.
Korner.az-ın məlumatına görə, "neradzurra"nın gənc futbolçusu "Neftçi"nin bəxtinin gətirdiyini bildirib:
“Neftçi”ilə oyunumuz maraqlı alındı. 2 qol vurduğum üçün çox sevinirəm. Milito kimi oyunçu ilə eyni komandada olduğuma şadam. O, hər şey qazanmış böyük futbolçudur. Yanvardan sonra da “İnter”də qalacağam. Mənim üçün hücumun solunda, sağında və ya mərkəzində oynamağın heç fərqi yoxdur. “Neftçi”yə qarşı xeyli sayda 1993-94-cü il təvəllüdlü gənclərimiz oynadı. Onlarla birgə meydanda olmaq darıxdırıcı deyildi. Belə heyətlə heç-heçə də qənaətbəxşdir”.
