“Neftçi” ilə oyun “Sabah” üçün əlamətdar oldu
27.01.2023 , 11:11

“Sabah” Premyer Liqada 150-ci qolunu vurub.
Korner.az PFL-ə istinadən xəbər verir ki, bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib. Azərbaycan Premyer Liqasının XIX turunda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
Yüksək liqada 2018/19 mövsümündə debüt edən Bakı klubu 150-yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqlənib.
“Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.
