“Xəzər Lənkəran” “Neftçi” ilə oynayacağı Azərbaycan kubokunun final oyunu öncəsi xoşagəlməz xəbər alıb.
Korner.az-ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, türkiyəli forvard dünənki məşqdən sonra zədə alıb. Bu səbəbdən də artıq Güleç bu gün “Neftçi” ilə keçiriləcək kubokun final oyununu buraxacaq.
Güleç artıq həkim müayinəsindən də, keçib və onun 10 gün yaşıl meydanlardan kənar qalacağı bildirilir.