AZAL növbəti futbolçunun transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər” Almaniyanın III liqa klublarından olan “Darmştad”da forma geyinən Freddi Borqu transfer edib. Bu barədə İsveç mətbuatı məlumat yayıb.
27 yaşlı hücumçu özü də bu barədə məlumat verib: “Bir neçə İsveç klubu ilə danışıqlarım oldu. Lakin mən Azərbaycanda oynamağı qərarı aldım. AZAL haqda çox məlumatım yoxdur. Hər hansı transferdə maliyyə vəsaiti böyük amildir. Mən yeni komandamda nə qədər alacağımı deməyəcəm. Ancaq əvvəlki komandamda aldığımdan iki dəfə çox qazanacağam. Bu da mənim AZAL-ı seçməyimdə böyük rol oynadı”.
