Ölkə futbolu

“Neftçi” iki yoxlama oyunu keçirəcək

04.06.2020 , 13:15

“Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Korner.az klubun saytına istinadən xəbər verir ki, artıq 3 gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək. “Ağ-qaralar” iyunun 9-u saat 18:00-da öz bazasında “Keşlə”, iyunun 14-ü saat 20:00-da isə “Bakcell Arena”da “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

Son yazılar

Yuxarı