“Neftçi”nin hücumçusu Rauf Əliyev məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, “suçiçəyi” xəstəliyindən əziyyət çəkən forvard artıq sağalıb. Onun qarşıdakı turda “Sumqayıt”la oyunda meydana çıxma ehtimalı var.
Qeyd edək ki, “Neftçi”də hazırda zədəli Məqsəd İsayev var.
