“Neftçi” HİK-lə heç-heçə etdi
03.08.2021 , 23:00

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində ilk oyununa çıxıbş
Paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən oyunda qalib müəyyənləşməyib – 2:2.
Komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi pley-off mərhələsində “Fənərbağça” (Türkiyə) ilə üz-üzə gələcək.
Avropa Liqası, 3-cü mərhələ, ilk oyunlar
3 avqust
21:00 Neftçi – HİK – 2:2
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
