"Neftçi"nin 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.
Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində "Caspian Cup" turnirində uğurla çıxış edir. Fəhmin meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub.
Futbolçu əsas komandaya cəlb olunması ilə bağlı fikirlərini bölüşüb: "Neftçi"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz".
