Avstriya toplanışında olan “Neftçi” bu gün 3-cü yoxlama oyununa çıxacaq.
Komanda Almaniya Bundesliqa təmsilçisi “Herta” olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Oyun “Neftçi”nin rəsmi “Youtube” səhifəsi – “Neftçi” TV vasitəsilə göstəriləcək.
Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.
2 avqust
Yoxlama oyunu
20:00. “Neftçi” – “Herta”
