“Neftçi” hazırlığı davam etdirir
24.08.2019 , 20:54
“Neftçi” Premyer Liqanın II turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, komanda bu gün məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Komanda sabah oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı avqustun 26-da saat 19:00-da Zirə Idman Kompleksinin stadionunda start götürəcək.