“Neftçi” ölkə çempionatının ikinci dövrəsinə hazırlığını bərpa edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bugünkü məşq klubun bazasında baş tutub. İsinmə hərəkətləri ilə başlanan məşqin əsas hissəsi toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma fevralın 9-u, saat 15:00-da başlayacaq.