“Neftçi” hazırlığı davam etdirir
10.06.2021 , 15:59

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, komanda təlim-məşq toplanışının 3-cü günündə bir məşqlə kifayətlənib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Təlim-məşq toplanışının ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə ayın 16-dan 30-dək Sloveniyada təşkil olunacaq.
