“Neftçi” “Qarabağ”ın müraciətinə cavab verib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti açıqlama verib:
“Əliyar Ağayevin “Neftçi” – “Qarabağ” oyununa təyinatı açıqlanandan sonra biz klub olaraq etiraz, narazılıq bildirmədik.
Sadəcə olaraq, Əliyar Ağayevi vicdanlı idarəçiliyə dəvət etdik. Amma, sözümüzü bəziləri yozub. “Qarabağ”ın AFFA-ya və “Neftçi”yə müraciətinə gəlincə, deyim ki, biz hakim təyin etmirik, dəyişdirmirik, sifariş vermirik. Bunu bacaranlar yaxşı bilir və təklif edirlər.
Məncə, hakimin dəyişdirilməsi ilə bağlı müraciət edib, “qəhrəmanlığ”a ehtiyac yoxdu. “Qarabağ” hakimlə bağlı müraciətdənsə, Muaremin bir tur əvvəl “Simurq”la oyundakı hərəkətinə görə İntizam Komitəsinə onun cəzalandırılması ilə bağlı müraciət etsəydilər daha səmimi və obeyktiv olardılar”.
anspress.com
