"Neftçi" klubunun əvəzedici heyəti Gürcüstanda hazırlığını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 16-dan etibarən Kobuleti şəhəri yaxınlığındakı Ureki qəsəbəsində məskunlaşan komanda baş məşqçi Elşad Əhmədovun rəhbərliyi altında gündə iki dəfə məşq edir.
Əvəzedicilər hazırlıq çərçivəsində ilk yoxlama oyununu Gürcüstanın "Mertsxali" klubuna qarşı keçirib. Görüş 0-0 hesabı ilə nəticələnib. Komanda növbəti sınaq matçına iyulun 25-də çıxacaq. Bir gün öncə isə əvəzedicilər Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin əsas komandasını dəstəkləmək üçün Zestafoniyə yollanacaq.
Xatırladaq ki, həmin qarşılaşma iyulun 24-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
