“Neftçi” Gerye ilə yolları ayırdı – Rəsmi
01.06.2020 , 15:38
“Neftçi”də ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, paytaxt klubu müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Məlumatı “ağ-qaralar”ın mətbuat xidməti yayıb.
Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub.