Azərbaycan Kubokunun final oyunundan sonra “Neftçi” istirahətə çıxacaq.
Korner.az-ın məlumatəına görə, komandanın millilərə dəvət edilməmiş üzvləri mayın 29-dan etibarən dincələcəklər.
Paytaxt klubu iyunun ortalarında yığışacaq. Bakıda olacaq tibbi müayinədən sonra “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün Avstriyaya gedəcək.
Toplanış iyunun 17-də başlanacaq. Həmin vaxt komandanın düşərgəsinə bir neçə futbolçunun cəlb ediləcəyi istisna olunmur.