“Neftçi” futbolçusunu icarəyə verdi
29.12.2021 , 16:12

“Neftçi” yarımmüdafiəçisi Fəhmin Muradbəylini icarəyə verib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Anlaşmaya əsasən, 25 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”də çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub.
