“Neftçi” futbolçusu ilə müqavilə yenilədi
23.02.2019 , 13:57

“Neftçi” müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb.
30 yaşlı futbolçunun bu mövsümün sonunda bitməli olan sözləşməsinin müddəti daha 1 il uzadılıb. O, 2019/2020 mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.
