“Neftçi” Futbol Akademiyasında yeni təyinat
15.07.2021 , 16:38

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.
Korner.az xəbər verir ki, Elşad Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.
2017-ci ildə “Neftçi”nin əsas komandasını çalışdırmış 51 yaşlı mütəxəssis onadək əvəzedici, U-19 və U-17 komandalarının da baş məşqçisi olub. Əhmədov bundan əvvəl “Sabah” klubunda çalışıb.
