“Neftçi” fransalı futbolçu transfer edir
13.07.2021 , 11:02

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Neftçi” növbəti transferini reallaşdırmaq üzrədi.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskı heyətinə qatır. Fransalı oyunçu ilə 2 illik müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, “Neftçi” 26 yaşlı futbolçu üçün təzminat da ödəyəcək.
