`APOEL` üzərindəki tarixi qələbə sevinci gec saatlara baxmayaraq `Neftçi` azarkeşlərini küçəyə töküb. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cumhuriyyətinin və flaqmanın bayraqları ilə silahlanan fanlar maşınlarla Bakı küçələrində bayram edirlər. Qeyd edək ki, komandamızı vətənə qaytaran təyyarə sabah Bakı vaxtı ilə günorta 1-2 radələrində paytaxta enməlidir. Möhtəşəm azarkeş ordusunun komandanı qarşılayacağı gözlənilir.
