Topaz Premyer Liqası çərçivəsində bazar günü keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" matçını qonaqların azarkeşləri də stadiondan izləyəcəklər.
Korner.az-ın məlumatına görə, bu barədə "ağ-qaralılar"ın feysbukdakı fanat səhifəsi xəbər yayıb.
Məlumatda deyilir ki, azarkeşlərin Lənkərana getmələri üçün klub tərəfindən avtobus ayrılıb.
