“Neftçi” “Fənərbağça” ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri İstanbul klubunun rəsmi saytıverib. Hazırlıq oyunu yanvarın 17-i Antalyanın “Mardan” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Neftçi” “Fənərbağça” ilə oyuna qədər Antalyada “Aktobe” (Qazaxıstan) və “Partizani” (Albaniya) ilə qarşılaşacaq.
