Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Arif Əsədovun komandası Türkiyə “Elazığspor”u olub. Matçda “Neftçi” minimal hesabla uduzub. Qarşılaşmadan öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və futbolçular oyuna qara sarğı ilə çıxıb.
İlk yoxlama matçında Səudiyyə Ərəbistan “Hajer”inə 3:1 hesabı ilə qalib gələn “Neftçi” son oyununda Türkiyə təmsilçisi “Kayseri Erciyesspor”la 0:0 bərabərə qalıb. Yoxlama oyunu 20 yanvar 19:00. “Neftçi” (Azərbaycan) – “Elazığspor” (Türkiyə) – 0:1
