“Neftçi” Eddini göndərdi
21.06.2024 , 17:15

“Neftçi” yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş İsrafilov bu müddət ərzində 71 oyunda 7 qol vurub.
