“Neftçi” “Dinamo”ya qalib gəldi
07.07.2021 , 22:00

Bu gün təmsilçimiz “Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayıb.
Korner.az-ın məlumatına göə, paytaxt kluu I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) kollektivi ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcən qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.
Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi (ilk oyun)
7 iyul
20:00. “Dinamo” Tbilisi (Gürcüstan) – “Neftçi” (Azərbaycan) – 1:2
Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”
